APDA ilə KOBİA nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası (APDA) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə tərəflər arasında poçt və logistika sahəsində baş verən dəyişikliklər, müşahidə olunan yeni tendensiyalar, eləcə də sektorun potensial inkişaf istiqamətləri barəsində fikir mübadiləsi aparılıb. APDA-nın sədri Şaiq Qəribzadə əməkdaşlıq üçün KOBİA-ya təşəkkür edib, əməkdaşlığın gələcəkdə də davam etdirilməsini və belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırda "UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, "Kargolux", “Kango”, “166 Karqo” və “Findex Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasına üzv olan şirkətlər sırasındadır.