Xəbərlər

image
  • 06.07.2023

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası dövlət strukturları ilə görüşlərini davam etdirir

Bu dəfə Ələt Azad İqtisadi zonasının sədri Valeh Ələsgərovla görüş keçirildi. Görüşdə İqtisadi zonanın şəraiti, xüsusiyətləri və potensial investorlar üçün imkanları müzakirə olundu. Valeh müəllim, iqtisadi zonanın 2025-ci ilin sonuna gədər ərazisində hava limanının inşasını bitirəcəkləri haqqında məlumatları bölüşüb. Ölkəmizin əlverişli lokasiyasını və ərazidə hava limanının olmasını nəzərə alıb, böyük poçt şirkətlərinin İqtisadı Zonada öz Hub-larının tikintisinə imkanları müzakirə olundu.

Faydalı görüşə görə Ələt Azad İqtisadi zonasının rəhbərliyinə minnətdarlığımızı bildiririk, və ölkəmiz üçün faydalı işlərində uğurlar arzu edirik.