Xəbərlər

image
  • 02.10.2023

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası “PAŞA Bank” ASC-nin rəhbərliyi ilə görüş keçirib

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası “PAŞA Bank” ASC-nin rəhbərliyi ilə görüş keçirib. Görüşdə “PAŞA Bank” ASC-nin idarə heyəti sədrinin müavini cənab Bəhruz Nağıyev və idarə heyəti üzvü cənab Cəlal Orucov iştirak ediblər. Səmimi keçən görüşdə Bank rəhbərliyi Azərbaycan poçt sahəsinin inkişafında Bankın marağını qeyd edib və gələcəkdə bu sahədə çalışan sahibkarlar üçün Bank tərəfdən yeni imkanlar yaradıla biləcəyini bildirib. Öz adımızdan Bankın rəhbərliyinə bu görüş üçün təşəkkür edirik.